TARİXİ MİQRASİYALARIN DİL YADDAŞI: AXISXA TÜRK FOLKLORUNUNETNOLİNQVİSTİK VƏ LEKSİK XÜSUSİYYƏTLƏ

Könül Aydın 
Əməkdar müəllim 
Mingəçevir Dövlət Universiteti 
Nəsimi adına Dilçilik İnstitutunun doktorantı

Xülasə: Təqdim olunan məqalədə 1944-cü il deportasiyasına və ardıcıl miqrasiyalara məruz
qalmış Axısxa türklərinin şifahi xalq yaradıcılığı etnolinqvistik və leksik aspektdən tədqiq olunur.
Tədqiqatın əsas məqsədi tarixi faciələrin, coğrafi yerdəyişmələrin və fərqli xalqlarla dil təmaslarının
Axısxa türk folklorunun leksik qatlarında buraxdığı izləri və dil yaddaşının funksiyasını
müəyyənləşdirməkdir. Məqalədə xalqın dil qorunma instinkti bayatılar, atalar sözləri, ağı və deyimlər
əsasında analiz edilir. Təhlillər göstərir ki, tarixi miqrasiyalar dialektin leksik tərkibində dərin
keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur.
Açar sözlər: Axısxa türkləri, etnolinqvistika, leksik qat, folklor, tarixi miqrasiya, dil yaddaşı,
sürgün travması, k ənar dil təsirləri.