Aysel Rasim qızı Aşırlı
dissertant
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu
Xülasə: Məqalənin əsas məqsədi iqtisadi inkişafın sadəcə maddi və riyazi göstəricilər əsasında
deyil, həm də sosial, mədəni və mənəvi faktorlar kontekstində təhlil edilməsinin zəruriliyini
retrospektiv yanaşma ilə əsaslandırmaqdır. Əvvəllər iqtisadi nəzəriyyələrdən kənarda qalan mənəvi
dəyərlər müasir dövrdə iqtisadi davranışların və qərarların ayrılmaz hissəsinə çevrilmişdir. Məqalə
göstərir ki, elmi biliklər və iqtisadi nəzəriyyələr təkcə fərdi təşəbbüslərlə deyil, həm də dövrün sosialiqtisadi strukturlarının və institusional şəraitinin təsiri ilə formalaşır. Buna görə də iqtisadi
düşüncəni formalaşdıran mənəvi və mədəni çərçivələrə nəzər salmaqla, onların zaman içində necə
dəyişdiyini və hansı səbəblərlə nəzəriyyələrdən kənarda qaldığını anlamaq mümkündür. Məqalə
həmçinin intellektual tarixə əsaslanan geniş baxış bucağı ilə bu sahədəki subyektivlikləri azaldaraq,
mənəvi dəyərlərlə iqtisadi inkişaf arasındakı əlaqənin elmi əsaslarla qiymətləndirilməsi üçün yeni
konseptual çərçivə təqdim edir.
Açar sözlər: mənəvi dəyərlər, mədəni amillər, mənəviyyat, sosial təsirlər, iqtisadi nəzəriyyələr,
iqtisadi inkişaf