Ruhiyyə Adil qızı Hüseynova
iqtisad üzrə fəlsəfə doktoru
Mingəçevir Dövlət Universiteti
Xülasə: Məqalədə Azərbaycanda insan resurslarının idarə olunması sahəsində rəqəmsal
transformasiyanın təsiri, onun yaratdığı yeni imkanlar və ortaya çıxan əsas çətinliklər təhlil olunur.
Rəqəmsal texnologiyaların tətbiqi işə qəbul proseslərinin səmərəliliyini artırmaqla yanaşı,
əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafının təmin olunması baxımından
mühüm rol oynayır. Həm dövlət, həm də özəl sektorda rəqəmsal idarəetmə sistemlərinin tətbiqi
idarəetmədə şəffaflığı artırır və daha çevik qərarların qəbuluna zəmin yaradır. Bununla belə,
rəqəmsal savadlılıq səviyyəsinin aşağı olması, kibertəhlükəsizlik riskləri və mövcud hüquqi-normativ
çərçivənin kifayət qədər inkişaf etməməsi bu prosesin genişmiqyaslı tətbiqinə mane olan əsas
faktorlar sırasındadır. Araşdırmada rəqəmsal bacarıqların inkişaf etdirilməsi, normativ-hüquqi
bazanın gücləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və dövlət-özəl tərəfdaşlığının
genişləndirilməsi istiqamətində konkret tövsiyələr irəli sürülmüşdür. Nəticə etibarilə, rəqəmsal
transformasiyanın məqsədyönlü və sistemli tətbiqi Azərbaycanda insan resurslarının idarə
olunmasının keyfiyyətini artıraraq ümumi iqtisadi inkişaf prosesinə töhfə verə bilər.
Açar sözlər: insan resursları idarəetməsi, rəqəmsal transformasiya, işə qəbul, performans
idarəetməsi, kibertəhlükəsizlik