Kənan Nüsrət oğlu Atayev
doktorant
Bakı Biznes Universiteti
Xülasə: Rəqəmsal texnologiyalar bank sektorunda uçot və auditin mahiyyətini köklü şəkildə
dəyişməkdədir. Bu proses əməliyyatların real vaxt rejimində avtomatlaşdırılmasını və daha yüksək
şəffaflığın təmin olunmasını zəruri edir. Məqalədə Azərbaycan və Ukraynanın rəqəmsal bankçılıq
təcrübələri müqayisə olunur və hər iki ölkədə nağdsız ödənişlərin payının sürətlə artdığı, fiziki
filiallardan asılılığın isə azaldığı göstərilir. Audit sahəsində ənənəvi prosedurlar getdikcə İT və
kibertəhlükəsizlik auditi, böyük verilənlərin analizi və fasiləsiz audit yanaşmaları ilə əvəzlənir.
Ukrayna rəqəmsal transformasiyaya daha erkən başladığından (neobanklar, BankID və 24/7 ödəniş
sistemi vasitəsilə) bir sıra göstəricilərdə üstün mövqe tutur; Azərbaycanda isə dövlət proqramları və
bankların daxili sistemlərinin modernləşdirilməsi rəqəmsal inkişafı sürətləndirmişdir.
Açar sözlər: rəqəmsal bankçılıq, rəqəmsal uçot, kibertəhlükəsizlik, internet bankçılıq, mobil
bankçılıq