PUL KÖÇÜRMƏLƏRİNİN SOSİAL-İQTİSADİ ƏHƏMİYYƏTİ

Akifə Akif qızı Ağayarova 
iqtisad üzrə fəlsəfə doktoru 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu

Xülasə: İqtisadi baxımdan gəlirləri zəif olan ölkələr pul köçürmələrindən daha çox asılıdır.
Əməkçi miqrantların göndərdikləri pul köçürmələri xüsusilə aşağı və orta gəlirli ölkələr üçün
əhəmiyyətli maliyyə mənbəyidir. 2023-cü ildə beynəlxalq pul köçürmələri təxminən 656 milyard
dollar təşkil etmişdir. 60-dan çox ölkədə pul köçürmələri Ümumi Daxili Məhsulun (ÜDM) 3 faizidir.
Azərbaycanda 2022-ci ildə bu köçürmələrin həcmi 3,6 milyard dollar təşkil etdiyi halda, 2023-cü ildə
bu göstərici 1,6 milyard dollara düşmüşdür.
Araşdırma göstərir ki, Azərbaycana daxil olan pul köçürmələrinin həcmi son illərdə azalma
tendensiyası göstərsə də, ölkədən xaricə göndərilən vəsaitlərin həcmi nisbətən sabit qalmaqdadır
Məqalədə statistik və müqayisəli metodlardan istifadə olunmaqla müxtəlif ölkələrin təcrübəsi
təhlil edilmiş və Azərbaycana dair konkret rəqəmlər əsasında nəticələr çıxarılmışdır.
Açar sözlər: miqrantlar, pul köçürmələri, ÜDM, rifah səviyyəsi, yoxsulluq, investisiya