Günay Qnyaz qızı Həşimova
doktorant
Baku Business University
Xülasə: Məqalədə “Üçlü spiral” (Triple Helix) modeli — universitet, dövlət və sənaye arasında
əməkdaşlıq çərçivəsi — Azərbaycanın yüngül sənaye sektorunda innovasiya və investisiya
fəaliyyətlərinin stimullaşdırılması vasitəsi kimi təhlil olunur. Bu modelin innovasiya mühitinin
yaradılmasında rolu, mövcud əməkdaşlıq mexanizmləri və onların sektor üzrə təsirləri araşdırılır.
İspaniya, Türkiyə və Cənubi Koreya təcrübəsi əsasında Azərbaycan üçün tövsiyələr hazırlanır.
Açar sözlər: “üçlü spiral” modeli, innovasiya, yüngül sənaye, investisiya, universitet–sənaye
əməkdaşlığı, dövlət dəstəyi, texnologiya transferi