AVROPA İTTİFAQI QURUMLARININ XARİCİ SİYASƏTİN FORMALAŞMASINDAİŞTİRAKI

Xatirə Ziya qızı Hacıyeva 
tarix üzrə fəlsəfə doktoru 
Azərbaycan Dillər Universiteti

Xülasə: Məqalədə Avropada bərabərlik iqtisadi güclənmə və kövrək təhlükəsizliyin
möhkəmləndirilməsi məqsədi ilə yaradılan Avropa İttifaqının xarici siyasətinin formalaşmasında
Avropa Şurasının, Avropa Komissiyasının və Avropa Parlamentinin rolundan bəhs edilir. Bu
qurumların Maastrixt, Lissabon və Nitsa müqavilələri əsasında formalaşdırılan əsas funksiyaları
aydınlaşdırılır.
Avropa İttifaqı (Aİ) xarici siyasətinin formalaşması və həyata keçirilməsində qurumlararası
əməkdaşlıq həlledici rol oynayır. Xüsusilə Avropa Komissiyası, Avropa Şurası və Avropa Xarici
Fəaliyyət Xidməti (AXFX) bu sahədə mühüm funksiyalar yerinə yetirir. Xarici siyasət Aİ üçün yalnız
iqtisadi maraqların deyil, eyni zamanda dəyərlərin – demokratiya, insan hüquqları və beynəlxalq
hüququn üstünlüyünün təşviqi vasitəsidir. Lizbon Müqaviləsindən sonra Aİ-nin xarici siyasətində
daha ardıcıl və koordinasiyalı yanaşma formalaşmış, Ali Nümayəndə (Hazırda Jozep Borrell)
institusional əlaqələndirici kimi ön plana çıxmışdır. Aİ-nin beynəlxalq arenada vahid aktor kimi çıxış
etməsinə cəhd göstərən bu mexanizm, eyni zamanda üzv dövlətlərin milli maraqları ilə Aİ-nin ümumi
strategiyası arasında balans yaratmağa çalışır. Aİ-nin xarici siyasətində qurumların rolu yalnız
qərarların qəbulu ilə məhdudlaşmır, həm də onların icrası, diplomatik nümayəndəliklərin
koordinasiyası və beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasında özünü göstərir. Beləliklə, Aİ
qurumlarının xarici siyasətdə iştirakı ittifaqın qlobal aktor kimi mövqeyini gücləndirir və onun
normativ gücünü təsdiqləyir
Açar sözlər: Avropa İttifaqı, Maastrixt müqaviləsi, təhlükəsizlik, Lissabon müqaviləsi, xarici
siyasət, Avropa Parlamenti