Əlixan Mehman oğlu Bədəlov
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Dövlət Universiteti
Xülasə: Dayanıqlı maliyyə və ESG (Environmental, Social, Governance) prinsipləri müasir
iqtisadiyyatın əsas transformasiya istiqamətlərindən biridir. Qlobal maliyyə sistemində ESG artıq
yalnız korporativ hesabatlılıq çərçivəsi deyil, həm də kapitala çıxışın və maliyyələşmənin əsas
determinantlarından biri kimi şərtləndirir. Banklar və institusional investorlar kredit risklərinin
qiymətləndirilməsində ESG göstəricilərini inteqrasiya edir, nəticədə maliyyə resurslarının bölgüsü
şirkətlərin ekoloji və idarəetmə performansından birbaşa asılı olur.
Məqalədə Azərbaycanda ESG prinsiplərinin tətbiqi normativ baza, institusional mühit və
empirik göstəricilər əsasında qiymətləndirilir. Kompozit ESG indeksi vasitəsilə 2018–2024-cü illər
üzrə dinamika təhlil olunur. Nəticələr göstərir ki, ölkədə ESG üzrə ilkin institusional baza formalaşsa
da, praktiki tətbiq hələ inkişaf mərhələsindədir. Eyni zamanda, Avropa İttifaqının Green Deal və
karbon tənzimləmə mexanizmləri (məsələn, CBAM) Azərbaycanın ixrac yönümlü iqtisadiyyatı üçün
ESG uyğunluğunu strateji zərurətə çevirir.
Açar sözlər: ESG (Ətraf mühit, sosial, idarəetmə), dayanıqlı maliyyə, maliyyə sistemlərinin
transformasiyası, yaşıl iqtisadiyyat, karbon tənzimlənməsi, yaşıl saziş