Nizami Dilənçi oğlu Zeynalov
tarix üzrə fəlsəfə doktoru, dosent
Mingəçevir Dövlət Universiteti
Xülasə: Məqalə antik Azərbaycan ərazisində yunan-Parfiya miqrantlarının miqrasiyası
problemlərinə həsr olunmuşdur. Arxeoloji materiallar və yazılı mənbələrin məlumatları yunanParfiya miqrantlarının Gəncəbasar zonasında miqrasiya elementlərini izləməyə imkan verir. Bu
əraziyə hərəkət edən yunan-Parfiya miqrantları arasında Orta Asiya tayfa qruplarının da hərəkəti
istisna edilmir. Gəncəbasar zonasında aşkar edilən çiy kərpic sərdabələr bu miqrasiya dalğaları ilə
əlaqələndirilə bilər.
Açar sözlər: Gəncəbasar, Albaniya, yunan, Parfiya, miqrasiya, qəbir