Tural Rauf oğlu Vəliyev
doktorant
Odlar Yurdu Universiteti
Xülasə: Məqalə müasir iqtisadiyyatda Ekoloji, Sosial və İdarəetmə Standartlarının nəzəri
əsaslarının tədqiqinə həsr olunub. Ekoloji, sosial və idarəetmə standartlarının tədqiqi və nəzəri
əsasları çoxaspektli, ictimayi elmlərin və iqtisadiyyatın müxtəlif sahələrinin kəsişdiyi bir sahədir.
Burada həm dünya iqtisadiyyatı, həm sosiologiya, həm də ekologiya, ətraf mühitin öyrənilməsi kimi
interdisiplinar yanaşmalar mövcuddur. Ekoloji, sosial və idarəetmə standartlarının nəzəri
əsasalarını tədqiq edərkən müxtəlif yanaşmalar və nəzəriyyələr araşdırılır. Ənənəvi iqtisadi
düşüncənin hədəfi mənfəət əldə etmək və ehtiyyatların düzgün istiqamətləndirilməsi idisə, yeni
innovativ təfəkkürə görə iqtisadi inkişafın əsas meyarlarına ekoloji, sosial və idaretmə prinsipləri də
aiddir.
Açar sözlər: ekoloji, sosial, idarəetmə, standartlar, dayanıqlı