NƏQLİYYAT VASİTƏLƏRİNİN UTİLİZASİYASI, AZƏRBAYCAN MODELİ VƏ BÜDCƏSİYASƏT

Şirxan Anar oğlu Aslanov 
Magistrant 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Xülasə: Bu məqalənin məqsədi XX əsrdən başlayaraq həyata keçirilən istifadə müddəti bitmiş
nəqliyyat vasitələrinin təbiətə mənfi təsirini azaldan və vasitələrin dairəvi iqtisadiyyata töhfə
verməsini təmin edən utilizasiya sistemini və onun Azərbaycan modelini araşdırmaqdır.
Araşdırma zamanı ilkin utilizasiya təcrübələrinin meydana gəlməsi və formalaşması,
Azərbaycanda bu istiqamətdə hüquqi normativ bazanın yaradılması, büdcə fondu olan Nəqliyyat
vasitələrinin utilizasiyası fondunun təşkili, gəlirləri və xərcləri kimi məsələlər əsas götürülmüşdür.
Əlavə olaraq tədqiqatda utilizasiya prossesinin işləmə mexanizmi və vətəndaşlara ödənilən güzəşt
məbləğləri kimi mövzular da yer alır.
Açar sözlər: utilizasiya, nəqliyyat vasitələri, yenidən emal, büdcə fondu, qanunvericilik