XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİ KONTEKSTİNDƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ VƏQALA TİPLİ ABİDƏLƏRİN ARXEOLOJİ TƏDQİQİ

Sahib Telman oğlu Vəliyev 
tarix üzrə fəlsəfə doktoru, dosent 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Xülasə: Məqalədə Xocalı-Gədəbəy mədəniyyəti dövrünə aid yaşayış məskənləri və qala tipli
abidələrin arxeoloji tədqiqi məsələləri araşdırılır. Qafqaz Albaniyası dövrünün erkən mərhələlərinə
aid olan bu mədəniyyət kompleksi, Azərbaycanın qərb bölgəsində – xüsusilə Gədəbəy, Tobuz, Şəmkir
və Daşkəsən ərazilərində aparılmış arxeoloji qazıntılar nəticəsində öyrənilmişdir.
Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bu məskənlərdə müdafiə məqsədli
qala tipli tikililər, təsərüfat sahələri və yaşayış evləri planlı şəkildə inşa olunmuşdur. Keramika
nümunələri, metal əşyalar, əmək alətləri və bəzək vastələri həmin dövrün sosial-iqtisadi həyatını və
texnaloji inkişaf səviyyəsini əks etdirir.
Müxtəlif relyefli ərazilərdə yerləşən yaşayış yerləri həm strateji, həm də iqtisadi baxımdan
əhəmiyyətli olmuş, bölgənin qədim sivilizasiya mərkəzlərindən biri kimi formalaşmasına şərait
yaratmışdır. Məqalə həmçinin Xocalı-Gədəbəy mədəniyyətinin Qafqazın digər arxeoloji
mədəniyyətləri ilə müqayisəli təhlilini də əhatə edir.
Açar sözlər: Xocalı-Gədəbəy mədəniyyəti, Gədəbəy, yaşayış məskənləri, tarix, qala tipli
abidələr, arxeologiya, Qaffqaz Albaniyası, keramika, qədim müdafiə sistemi, maddi mədəniyyət,
arxeoloji tədqiqat