AZƏRBAYCANIN NEFT SİYASƏTİ VƏ İQTİSADİ İNKİŞAFININ GƏLƏCƏKPERSPEKTİVLƏRİ

Fizuli Əziz oğlu Məmmədov,
Səkinə Etibar qızı Məhərrəmova,
Arzu Allahverdi qızı Cavid 
professor 
müəllim 
müəllim 
Azərbaycan Texnologiya Universiteti

Xülasə: Azərbaycan Xəzər dənizində yerləşən zəngin neft və qaz ehtiyatları sayəsində dünya
enerji bazarında mühüm yer tutan ölk ələrdən biridir. Müstəqillik əldə edildikdən sonra, xüsusilə
“Əsrin Müqaviləsi” kimi iri miqyaslı enerji layihələrinin həyata keçirilməsi nəticəsində neft və qaz
sektoruna böyük həcmdə xarici investisiyalar cəlb olunmuş, bu isə ölkənin iqtisadi inkişafında mühüm
rol oynamışdır. Bununla yanaşı, qlobal enerji bazarında neft qiymətlərinin dəyişkənliyi Azərbaycan
iqtisadiyyatına müəyyən təsirlər göstərir. Bu səbəbdən ölkə iqtisadiyyatının yalnız neft gəlirlərindən
asılılığının azaldılması strateji prioritet kimi müəyyən edilmişdir. Son illərdə iqtisadiyyatın
şaxələndirilməsi istiqamətində mühüm addımlar atılır. Belə ki, kənd təsərrüfatı, informasiya
texnologiyaları, sənaye və turizm kimi qeyri-neft sektorlarına investisiyaların artırılması
iqtisadiyyatın dayanıqlığının gücləndirilməsinə xidmət edir. Bu yanaşma ölk ənin uzunmüddətli
iqtisadi sabitliyinin təmin olunması və qlobal iqtisadi proseslərə daha çevik inteqrasiyası baxımından
xüsusi əhəmiyyət daşıyır.
Açar sözlər: neft sektoru, enerji ixracı, iqtisadi diversifikasiya, Xəzər dənizi, ekoloji
dayanıqlılıq, infrastruktur layihələri, sosial inkişaf