Səbinə Əli qızı Xankişiyeva
doktorant
Bakı Dövlət Universiteti
Xülasə: Qlobal enerji keçidi, iqlim dəyişikliklərinin sürətlənməsi və karbon neytrallığı üzrə
beynəlxalq öhdəliklərin güclənməsi neft-qaz sənayesində fəaliyyət göstərən şirkətlərin inkişaf
strategiyalarında əsaslı dəyişikliklərə səbəb olmuşdur. Ənənəvi karbohidrogen hasilatına əsaslanan
biznes modelləri tədricən aşağı karbon iqtisadiyyatına uyğunlaşdırılır, karbon emissiyalarının
azaldılması və ESG (Environmental, Social, Governance) prinsiplərinin korporativ idarəetməyə
inteqrasiyası isə uzunmüddətli rəqabət qabiliyyətinin mühüm amillərindən birinə çevrilmişdir.
Tədqiqatın məqsədi aşağı karbon texnologiyalarının ESG göstəricilərinə təsirini
qiymətləndirmək və ESG performansının korporativ davamlılığın formalaşmasında oynadığı rolu
müəyyən etməkdir. Tədqiqat obyekti kimi Equinor, bp, TotalEnergies və SOCAR şirkətləri seçilmişdir.
Müqayisəli təhlil 2020–2025-ci illərin illik və davamlı inkişaf hesabatları, ESG açıqlamaları, eləcə
də beynəlxalq təşkilatların hesabatları əsasında aparılmışdır. Araşdırma nəticəsində müəyyən
edilmişdir ki, karbonun tutulması və saxlanması (CCS), hidrogen texnologiyaları, bərpa olunan
enerji layihələri, metan emissiyalarının monitorinqi, rəqəmsal idarəetmə sistemləri və əməliyyatların
elektrifikasiyası ilk növbədə ekoloji göstəricilərin yaxşılaşmasına, daha sonra isə sosial məsuliyyətin
və korporativ idarəetmənin güclənməsinə səbəb olur. ESG göstəricilərinin yaxşılaşması isə investor
etimadının artmasına, maliyyə dayanıqlığının möhk əmlənməsinə və şirkətlərin uzunmüddətli
korporativ davamlılığının təmin edilməsinə şərait yaradır.
Açar sözlər: ESG, aşağı karbon texnologiyaları, korporativ davamlılıq, dekarbonizasiya,
karbon emissiyaları, enerji keçidi, CCS, neft-qaz sənayesi.